İran dövlət televiziyası Akıncı PUA-nın helikopterin yerini aşkarlamasından sonra prezident və onun heyətini daşıyan helikopterin qalıqlarında həyat əlamətinin olmadığını açıqlayıb.
İslamazeri.com xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyətinin prezidenti mövzu ilə bağlı açıqlamasında deyib:
“Xilasetmə qrupları helikopterin qalıqlarına çatdı.
Qəzaya uğrayan helikopterin yeri müəyyən edildikdə, göyərtəsində kiminsə sağ olmasına dair heç bir əsər-əlamət yox idi”.