ÜST-dən Sudandakı qarşıdurmalar ilə bağlı AÇIQLAMA

ÜST-dən Sudandakı qarşıdurmalar ilə bağlı AÇIQLAMA
Yayınlanma tarixi: 17.04.2023 13:06:59

Dünən müxtəlif şəhərlərdə olduğu kimi paytaxt Xartumda da ordu ilə HDK arasında gərgin toqquşmalar davam edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında aprelin 15-də başlayan qarşıdurmalarla bağlı açıqlama verib.

İslamazeri.com xəbər verir ki, ÜST-nin bəyanatında aşağıdakı ifadələr yer alıb:

"Aprelin 15-dən bəri Xartum, Cənubi Kurdufan, Şimali Darfur və Şimal əyalətlərində və müxtəlif bölgələrdə baş verən qarşıdurmalarda ən azı 83 nəfər ölüb, 1126 nəfər yaralanıb.

Ən şiddətli toqquşmalar Xartumda baş verir".

Qeyd edək ki, dünən müxtəlif şəhərlərdə olduğu kimi paytaxt Xartumda da ordu ilə HDK arasında gərgin toqquşmalar davam edib.

GÜNÜN MANŞETLERİ