Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib

Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib
Yayınlanma tarixi: 12/30/2025 11:17:41 AM

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, maddi yardımın ödənişi Prezident İlham Əliyevin Sərəncamına əsasən baş tutub.

Birdəfəlik maddi yardımları nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) qeyd edilən ailələrin hesablarına köçürüb.

Ödənişlər ümumilikdə 76 min 103 ailəni (337932 nəfər ailə üzvü) əhatə edib.

Beləliklə, dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM