"Ukraynadakı müharibə Avropa üçün böyük problemdir"

Yayınlanma tarixi: 31.01.2023 15:53:08

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisidə Avstriya kansleri Karl Nehammer ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ukraynadakı müharibə Avropa kontinentindəki ən böyük problemdir.

İslamazeri.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisidə Avstriya kansleri Karl Nehammer ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

İkinci Dünya müharibəsindən sonra Avropada bu cür miqyaslı böhran olmamışdı ki, bu da, təbii ki, bütün Avropanın, dünyanın, həmçinin bizim regionun təhlükəsizlik arxitekturası üçün olduqca böyük problemdir“, – deyə o qeyd edib.

Qaribaşvili deyib ki, Gürcüstanın öz problemləri də var; 2008-ci ilin avqustunda baş verən müharibə Gürcüstan üçün dağıdıcı oldu.

Biz bu problemə düzgün, məntiqli siyasətlə cavab veririk. Son 10 il ərzində Gürcüstanda sülh, stabillik, iqtisadin inkişafa nail ola bilmişik“, – deyə Gürcüstanın hökumət başçısı bəyan edib.

GÜNÜN MANŞETLERİ