Türkiyənin tanınmış müxalif jurnalisti: Azərbaycandan dost olmaz - VİDEO

 Türkiyənin tanınmış müxalif jurnalisti: Azərbaycandan dost olmaz - VİDEO
Yayınlanma tarixi: 14.05.2023 11:20:22

Türkiyənin tanınmış jurnalisti, müxalif “Sözçü” TV-nin aparıcısı Fateh Portakal yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

İslamazeri.com  xəbər verir ki, o, bir neçə saat öncə sosial şəbəkədə açdığı canlı yayımda belə deyib:

“Riskli, çətin günlər yaşayırıq. Türkiyə çətin bir coğrafiyanın içərisindədir və burda ən önəmli şey… Baxın, dostumuz yoxdur: nə rusdan dostumuz olar, nə amerikalıdan, nə Suriya, İrandan, ondan-bundan, Azərbaycandan-filan… Azərbaycandan, heç kimdən. Ancaq olsa, Şimali Kiprdən olar…” Qeyd edək ki, bu açıqlama sosial şəbəkə istifadəçiləri arasında etiraza səbəb olub.

GÜNÜN MANŞETLERİ