Türkiyədəki zəlzələlərdə ölənlərin sayı 8500-ü keçdi

Türkiyədəki zəlzələlərdə ölənlərin sayı 8500-ü keçdi
Yayınlanma tarixi: 2/8/2023 6:00:32 PM

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 8574-ə yüksəlib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki,evralın 6-da baş verən zəlzələlərin dağıtdığı fəlakət bölgəsində tədqiqatlar aparan prezident Rəcəb Tayyib Ərdoğan həlak olanların sayının 8 min 574-ə, yaralı sayının isə 49 min 133-ə yüksəldiyini açıqlayıb.

6 min 444 binanın dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

Bölgədə 90 mindən çox ailə üçün 70 min 818 çadır qurulub.

Zəlzələ bölgəsində 96 670 nəfər axtarış-xilasetmə heyəti fəaliyyət göstərir.

Səhiyyə naziri Fahrettin Koca zəlzələdən zərər çəkmiş 10 vilayətdə 77 sahra xəstəxanası qurduqlarını bildirərək deyib:

"Təcili tibbi yardım göstərildiyi bu xəstəxanaların bəzilərində də cərrahi əməliyyatlar edilə bilir. Sağlamlıqları riskli olan zəlzələ qurbanlarımız ilk müdaxilədən sonra helikopterlərlə bölgədəki xəstəxanalara çatdırılır".

GÜNÜN MANŞETLERİ

Beynol Hərəmeyn haqqında İnfoVideo
DİN / MÖVLUDLAR

Beynol Hərəmeyn haqqında İnfoVideo

1/23/2026 2:05:22 PM
İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir

1/23/2026 1:25:45 PM