Türkiyədə təhsil alan tələbələrin NƏZƏRİNƏ!

Türkiyədə təhsil alan tələbələrin NƏZƏRİNƏ!
Yayınlanma tarixi: 4/19/2023 2:44:00 PM

"Yalnız Türkiyədə təhsil alan tələbələr Azərbaycana quru sərhədi ilə keçə bilər"

Quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə yalnız Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına verilib.

İslamazeri.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Ayxan Hacızadə bildirib ki, bu qərar Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlıdır: “Təhsilin ikinci semestrdə distant qaydada keçirilməsi ilə bağlı qəbul edilmiş qərara görə hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib. Bu qərar digər ölkələrdə təhsil alan tələbələrə şamil edilmir”.

GÜNÜN MANŞETLERİ

İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM
İnqilab Keşikçiləri İsrail sakinlərinə təxliyə xəbərdarlığı edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İnqilab Keşikçiləri İsrail sakinlərinə təxliyə xəbərdarlığı edib

3/14/2026 12:30:01 PM