Türkiyədə 7.4 bal gücündə zəlzələ ölənlər var - VİDEO

Türkiyədə 7.4 bal gücündə zəlzələ ölənlər var - VİDEO
Yayınlanma tarixi: 6.02.2023 09:42:41

Türkiyənin Malatya şəhərində 130 bina dağılıb

İslamazeri.com xəbər verir ki, bazar ertəsi Türkiyənin cənub-şərqində 7,4 bal gücündə zəlzələ olub. Nəticədə 70-dən çox insan həyatını itirib, yaralılar var.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Türkiyənin Malatya şəhərində 130 bina dağılıb, 100-dən çox yaralı var.

Məlumata görə, ümumilikdə zəlzələ 10 şəhərdə qeydə alınıb. Adanada da 3 bina tamamən dağılıb. Ölənlərin sayının artması istisna deyil.

GÜNÜN MANŞETLERİ