Türkiyə xalqı yeni prezidentini seçir

Türkiyə xalqı yeni prezidentini seçir
Yayınlanma tarixi: 14.05.2023 10:20:35

Türkiyədə prezident və parlament seçkiləri keçirilir

İslamazeri.com xəbər verir ki, Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla bu gün saat 08:00-dan etibarən başlayıb.

Ölkədə 5 il fəaliyyət göstərəcək prezident və yeni parlament üzvlərini seçmək üçün seçki keçirilir. Səsvermə işləri Türkiyə vaxtı ilə 17:00-da başa çatacaq.

Keçirilən prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səs verə biləcək. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatıb, gömrük məntəqələrində səsvermə isə davam edir.

Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürsə də MSK onun səslərini etibarlı sayılacağını bildirib,

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55