Türkiyə İsrail hökumətini və ordusunu pisləyib

Türkiyə İsrail hökumətini və ordusunu pisləyib
Yayınlanma tarixi: 23.02.2023 11:09:29

Türkiyə, İsrail ordusunun İordaniya çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinə etdiyi basqını pisləyib.

İslamazeri.com Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib: “İsrail qüvvələrinin Nablus şəhərinə hücumu   nəticəsində   ən az 10 fələstinli   həyatını  itirib.  100-dən çox    məsum  insan yaralanıb.  Həyatını  itirənlərin   arasında  yaşlı və mülki şəxslər var.   Bu   qəbul  edilməz   hadisədi kəskin  dillə  qınayırıq. İsrail hakimiyyəti bu cür hücumları və təxribatları dərhal dayandırmalıdır. Hücumda həyatını itirən Fələstin qardaşlarımıza   rəhmət  diləyir, Fələstin dövlətinə və xalqına başsağlığı veririk”.

Qeyd  edək  ki, Fələstin Səhiyyə Nazirliyi, İsrail ordusunun şimal qərb sahilindəki Nablus  şəhərinə   verdiyi   basqın  nəticəsində 10 fələstinlinin öldürüldüyünü və 100-dən çox insanın  yaralandığını   açıqlayıb.  

GÜNÜN MANŞETLERİ