Tunis: Fələstin ərəb ölkələrinin əsas məsələsidir

Tunis: Fələstin ərəb ölkələrinin əsas məsələsidir
Yayınlanma tarixi: 19.05.2023 18:13:54

"Fələstin ərəb ölkələrinin əsas məsələsidir"

Ərəb Liqası liderlərinin toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına gedən Kays Səid, Cümə axşamı axşam Səudiyyə Ərəbistanının Ciddə şəhərində Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüş zamanı bildirib ki, Fələstin xalqının davası bundan sonra da ərəb ölkələrinin əsas məsələsi olacaq.

İslamazeri.com xəbər verir ki, Tunis prezidenti deyib: “Hər hansı bir azadlıqsevər ərəb vətəndaşı Fələstin məsələsini heç vaxt unutmayacaq.

Bəşəriyyətin Fələstin xalqına hakim olan bu qaranlığın (İsrailin) bitməli olduğunu və zaman keçdikcə Fələstinin haqqının itirilməyəcəyini bilməsinin vaxtı gəldi".

Ərəb xarici işlər nazirləri 2023-cü il mayın 7-də Qahirədə keçirdikləri fövqəladə iclasda Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəliblər və o vaxtdan Suriya nümayəndə heyətlərinin bu birliyin iclaslarında iştirakı bərpa olunub.

Ərəb Liqası 2011-ci ilin noyabrında Dəməşqin üzvlüyünü dayandırıb və Dəməşqə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edib.

Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərşənbə günü günorta Suriya xarici işlər nazirinin Ciddəyə gəlişi ilə başlayıb.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55