Trampın oğulları Qazaxıstan volfram layihəsində pay əldə edib

Trampın oğulları Qazaxıstan volfram layihəsində pay əldə edib
Yayınlanma tarixi: 6/29/2026 11:42:03 AM

ABŞ Prezidenti Donald Trampın oğulları — Kiçik Donald və Erikə qismən məxsus olan “Dominari Securities” şirkətinin investorları Qazaxıstanda volfram hasilatı layihəsi ilə əlaqəli strukturda 20% pay əldə ediblər.

İslamazeri.com xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, bu sövdələşmə Ticarət naziri Hovard Lutnik və Prezident Trampın Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasları vasitəsilə tanınmamış bir Amerika şirkətinin ölkədəki volfram ehtiyatlarına çıxışını təmin etmək barədə razılıq almasından bir neçə həftə sonra baş tutub. Qəzet bu addımı böyük biznes imkanlarına qapı açan bir gediş kimi qiymətləndirib.

Nəşr əlavə edib ki, Lutnikin ailəsi tərəfindən idarə olunan (Ticarət naziri Hovard Lutnik) və oğulları Brandon və Kaylın nəzarət etdiyi “Cantor Fitzgerald” investisiya şirkəti, Qazaxıstan sövdələşməsində “Dominari” ilə birlikdə çalışan aparıcı investorlardan birinə layihə ilə bağlı struktur üçün 210 milyon dollar toplamağa kömək edib.

Hesabatda qeyd olunur ki, bu biznes imkanını “təkcə Tramp və Lutnik görməyib, həm də qısa müddət sonra onların oğulları atalarının apardıqları sövdələşmənin tərəfdaşları ilə biznes qurmağa başlayıblar”.

Qəzetə görə, bu vəziyyət prezident ailəsinin şəxsi biznes maraqları ilə ABŞ administrasiyasının diplomatik siyasəti arasındakı sərhədlərə dair suallar doğurur.

Xatırladaq ki, bu, Tramp ailəsi ilə administrasiyanın diplomatik fəaliyyəti arasında mümkün maraqların toqquşması barədə sualların yarandığı ilk hal deyil. Tramp ailəsinin Sloveniya, Albaniya, İndoneziya və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki layihələri də, xüsusilə dövlət danışıqları və ya yüksək səviyyəli diplomatik səfərlərlə eyni vaxta təsadüf etdiyi üçün əvvəllər oxşar müzakirələrə səbəb olmuşdu.

GÜNÜN MANŞETLERİ

Pakistan-Əfqanıstan sərhədində gərginlik artır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pakistan-Əfqanıstan sərhədində gərginlik artır

6/29/2026 12:16:20 PM
Müaviyəni biabır edən imanlı qoca
DİN

Müaviyəni biabır edən imanlı qoca

6/29/2026 11:47:01 AM