Tərtərdə 43 yaşlı kişi minaya düşüb

Tərtərdə 43 yaşlı kişi minaya düşüb
Yayınlanma tarixi: 18.04.2023 18:02:44

Bu barədə ANAMA-nın Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Tərtər rayonunda mina hadisəsi barədə məlumat yayıb.

ANAMA-nın Mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Partlayış nəticəsində 1980-ci il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər rayon xəstəxanasına yerləşdirilib.

GÜNÜN MANŞETLERİ