Təqaüd kartlarından pulları ələ keçirən şəxs tutulub

Təqaüd kartlarından pulları ələ keçirən şəxs tutulub
Yayınlanma tarixi: 1.12.2022 11:27:08

Araşdırmalar zamanı onun zərərçəkənələrin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib.

Noyabr ayında 2 nəfər Şirvan şəhər sakini Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədiklərini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra onlara təqaüd kartlarında pul olmadığını, kartlarında olan pulları isə ələ keçirdiyini bildiriblər.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Cavidan Məlikov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı onun zərərçəkənələrin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib.
Faktla bağlı C.Məlikov barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları C.Məlikovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43