Tehranda 36-cı İslami Vəhdət konfransı keçirilir

Tehranda 36-cı İslami Vəhdət konfransı keçirilir
Yayınlanma tarixi: 10/12/2022 11:25:41 AM

Tehranda İran prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə 36-cı Beynəlxalq İslami Vəhdət Konfransı bu gün səhər saatlarında işə başlayıb.

İslamazeri.com xəbər verir ki, açılış mərasimində İran prezidenti Seyid İbrahim Rəisi də iştirak edib.

Tədbir “İslam vəhdəti, sülh və İslam dünyasında mübahisələr və münaqişədən çəkinmə: Praktiki həllər və əməli tədbirlər” mövzusunda keçirilir.

Tədbirdə 60 ölkədən olan 200 İslam mütəfəkkiri və 100 iranlı mədəniyyət xadimi və siyasətçisi həm əyani, həm də onlayn şəkildə iştirak edirlər.

Beynəlxalq Konfransın məqsədi müsəlmanlar arasında birlik və həmrəyliyin yaradılması, alimlərin elmi və mədəni baxışlarının yaxınlaşdırılması istiqamətində onların konsensusu, həmçinin İslami vəhdətin əldə edilməsi və İslam dünyasında vahid ümmətin formalaşdırılması, həmçinin müsəlmanların problemlərinin həllinə nail olmaq üçün praktiki həllərin təqdimatı və gözdən keçirilməsidir.

İslami Vəhdət Konfransı İranda keçirilən vəhdət həftəsinə parallel keçirilir.

GÜNÜN MANŞETLERİ

İsrail “Hizbullah”la müharibədə ağır itkilər verir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail “Hizbullah”la müharibədə ağır itkilər verir

4/15/2026 12:18:55 PM
Ayətullah Sistanidən 70 min livanlı ailəyə maliyyə yardımı
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Sistanidən 70 min livanlı ailəyə maliyyə yardımı

4/15/2026 11:38:46 AM
ABŞ-dan İranla müzakirə açıqlaması
DÜNYA / SİYASƏT

ABŞ-dan İranla müzakirə açıqlaması

4/15/2026 11:30:55 AM