Tbilisidə parkların birində faciə baş verib, ölən var

Tbilisidə parkların birində faciə baş verib, ölən var
Yayınlanma tarixi: 13.10.2022 18:01:22

Hadisə ilə bağlı Gürcüstanın baş naziri İrakli Qaribaşvili açıqlama verib

İslamazeri.com xəbər verir ki, bu gün Tbilisidə "Vake" adlı Parkda faciə baş verib.

Yerli medianın məlumatına görə, parkda oynayan uşaqların topu fəvvarəyə düşüb, topu çıxaran zaman iki azyaşlını cərəyan vurub. Onlardan ikisini Xeçinaşvili, birini isə, İyaşvili Klinikasına yerləşdiriblər.

Onlardan biri, klinikada dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi ilə istintaqa başlayıb.

Məsələyə Gürcüstanın baş naziri İrakli Qaribaşvili münasibət bildirib.

“Bu ən çətin anlarda dünyasını dəyişən yeniyetmənin ailə üzvlərinin, yaxınlarının və dostlarının kədərini ürəkdən bölüşür, onlara həmrəyıiyimi ifadə edirəm.

Artıq istintaqa başlanılıb, faciənin səbəbləri müəyyənləşdirilib və ən sərt münasibət bildiriləcəkdir”, -deyə Qaribaşvili sosial şəbəkə səhifəsində yazıb.

GÜNÜN MANŞETLERİ