Tbilisidə BMT ofisi qarşısında Qarabağa dəstək aksiyası

Tbilisidə BMT ofisi qarşısında Qarabağa dəstək aksiyası
Yayınlanma tarixi: 27.12.2022 17:50:15

Tbilisidə Qarabağ iqtisadi zonasının Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarına etiraz məqsədilə “Stop armenian ecocide” adlı aksiya keçiriblər.

islamazeri.com xəbər verir ki, Gürcüstanda azərbaycanlı gənclər erməni separatçılarının Azərbaycanın Qarabağ iqtisadi zonasının Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarına etiraz məqsədilə “Stop armenian ecocide” adlı aksiya keçiriblər. Aksiya BMT-nin ofisi qarşısında baş tutub.

150 nəfərlik aksiyada bəyanat oxunub və BMT-nin ofisinə təqdim olunub.

"Biz Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının etirazına öz dəstəyimizi bildiririk. Qeyd olunan istismar bölgədə gərginliyə təkan verir. Ətraf-mühiti qorumaq hər bir insanın borcudur. Biz Gürcüstanda yaşayan azərbaycanlılar olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə ekoloji vəziyyətin pisləşməsindən narahatıq. Buna muvafiq olaraq, hava şəraitinin dəyişməsi və su ehtiyatlarının tükənməsi ilə əlaqədar beynəlxalq narahatlıq fonunda Azərbaycanın Xankəndi şəhərində kriminal qrup tərəfindən ətraf mühitə vurulan zərər etnik nifrətlə müşayiət olunur və bu azərbaycanlılara qarşı yönəldilmiş bir fobiyadır. Ekoloji terrora son qoymaq üçün rus sülhməramlılarına və erməni separatçılarına təzyiq edilməsini tələb edirik", - deyə aksiyada oxunan bəyanatda bildirilib.

Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını və müxtəlif plakatlar tutmuş aksiya iştirakçıları “Ətraf mühitin terroruna yox!”, “Ekoloji terrorizmə son!”, “Ermənistan tərəfindən törədilən ekoterroruna son!”, “Erməni separatistlərinin qanunsuz fəaliyyətinə son!”, “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!” şüarları səsləndirilib, onlar BMT və digər beynəlxalq təşkilatlardan erməni vəhşiliyinə son qoymağı tələb ediblər.

“Azərbaycan evi”nin icraçı direktoru Məhəbbət İmanov, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova və başqaları çıxış edərək erməni separatçılarının Qarabağda törədikləri vəhşiliklərdən danışıblar.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55