TƏBİB qızılca ilə bağlı valideynlərə xəbərdarlıq edib

TƏBİB qızılca ilə bağlı valideynlərə xəbərdarlıq edib
Yayınlanma tarixi: 28.04.2023 15:08:35

Bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Valideynlər uşaqları vaxtında qızılcaya qarşı peyvənd etdirməlidirlər.

İslamazeri.com xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Həkim bildirib ki, qızılca yeni xəstəlik deyil: “Hər kəs bundan məlumatlıdır. Valideynlərə demək istəyirəm ki, buna qarşı peyvənd 1960-cı ildən var və bir yaşına qədər uşaqlara vurulub. Son zamanlar yayılan problemin səbəbi COVID-19 pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsi ilə bağlı yaranıb”.

Həkim qeyd edib ki, bu xəstəliyə ya yoluxursan, ya da vaksinlə öncədən immunitet qazanırsan.

Yaqut Qarayeva vurğulayıb ki, bir qrupda hansısa uşaqda qızılca aşkarlanarsa, onun yayılması mümkündür: “Bu xəstəliyi hər kəs fərqli keçirir və buna görə mütləq həkimə müraciət etmək lazımdır. Valideynlər sahə həkimlərinə uşaqlarının vəziyyəti barədə xəbər vermədikləri təqdirdə, bununla bağlı ümumi mənzərəni müəyyənləşdirmək və tədbir görülməsi çətinləşir. Buna görə valideynlər uşaqlarında bu xəstəliyin əlamətlərini hiss edərlərsə, sahə həkiminə müraciət etməlidirlər”.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55