TƏBİB-in tabeliyindən çıxarılan müəssisələr

TƏBİB-in tabeliyindən çıxarılan müəssisələr
Yayınlanma tarixi: 1.01.2023 13:09:33

Bu gündən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılıb.

İslamazeri.com xəbər verir ki, TƏBİB-in tabeliyindən çıxarılan tibb müəssisələr aşağıdakılardır:

Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi.

Qeyd edək ki, həmin tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

GÜNÜN MANŞETLERİ