Tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Dövlət Xidmətinə təqdim olunub

Tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Dövlət Xidmətinə təqdim olunub
Yayınlanma tarixi: 10/5/2022 10:08:57 AM

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən tarix-memarlıq abidəsi olan binada qanunvericiliyin tələbləri gözlənilmədən təmir-bərpa işlərinin aparılması barədə məlumat yayıb.

Dövlət Xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, “Tarix-mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq edilən xəbərdarlıqdan sonra həmin binada yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılması üçün təqdim olunub.

Artıq qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin layihəyə mütəxəssislər tərəfindən baxılaraq rəy verilməsi işinə başlanılıb.

GÜNÜN MANŞETLERİ

Zühur üçün oxunan FƏRƏC DUASI
DİN

Zühur üçün oxunan FƏRƏC DUASI

1/19/2026 12:10:01 PM
Qəzzada daha bir körpə soyuqdan ölüb
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada daha bir körpə soyuqdan ölüb

1/19/2026 10:45:17 AM