Şuşada qurulacaq seysmik stansiya hazırdır

Şuşada qurulacaq seysmik stansiya hazırdır
Yayınlanma tarixi: 10/11/2022 4:00:18 PM

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbərləri arasında onlayn görüş keçirilib.

RSMX-dən "İslamazeri.com"a bildirilib ki, görüşdə iki qardaş ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi, AFAD-ın Zəlzələ Departamentinin Azərbaycana hədiyyə etdiyi və Şuşa şəhəri ətrafında quraşdırılması nəzərdə tutulan seysmik stansiyanın quraşdırılması ilə bağlı müzakirələr aparılıb.

İki ölkə arasında seysmoloji əlaqələrin hazırki vəziyyəti ilə bağlı AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin baş meneceri, professor Orhan Tatar iştirakçılara məlumat verib.

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, RSXM üçün Türkiyə ilə seysmoloji sahədə əlaqələrin dərinləşdirilməsi əsas prioritetlərdəndir. Həmçinin, baş direktor Şuşa şəhəri ətrafında Türkiyə tərəfindən verilən seysmik stansiyanın quraşdırılmasına da toxunub. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə olan mina təhlükəsinin tam aradan qaldırıla bilməməsi mərkəzin Qarabağda seysmik stansiyaların quraşdırılması ilə bağlı işlərini ləngidir.

AFAD-ın Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin rəhbəri Vali Yunus Sezer bildirib ki, artıq Azərbaycana veriləcək stansiya hazırdır və yaxın vaxtlarda AFAD-ın nümayəndələri həmin stansiyaların quraşdırılması ətrafında texniki müzakirələri aparmaq üçün Azərbaycana səfər edəcəklər. Müzakirələr zamanı Şuşa ətrafında quraşdırılması nəzərdə tutulan stansiya yerinin seçilməsi, stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və maraq doğuran digər məsələlərə də aydınlıq gətirilib.

GÜNÜN MANŞETLERİ

Şəban ayında oruc tutmağın SAVABI
DİN

Şəban ayında oruc tutmağın SAVABI

1/24/2026 12:35:01 PM
Həzrət Abbas (ə) Ziyarətgahına bağlı kolleclər 1-ci oldu - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Həzrət Abbas (ə) Ziyarətgahına bağlı kolleclər 1-ci oldu - FOTO

1/24/2026 11:55:43 AM
Belçikadan İsrailə qarşı YENİ EMBARQO
DÜNYA

Belçikadan İsrailə qarşı YENİ EMBARQO

1/24/2026 10:40:01 AM
Quran tapşırma duası
DİN

Quran tapşırma duası

1/24/2026 10:14:35 AM