Şuşa və Özbəkistan kitabxanaları arasında memorandum imzalanıb

Şuşa və Özbəkistan kitabxanaları arasında memorandum imzalanıb
Yayınlanma tarixi: 12/6/2021 6:12:16 PM

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın tarixi Turon kitabxanası ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Mədəniyyət Nazirliyindən İslamazeri.com-a verilən məlumata görə, layihəyə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri müvafiq dəstək göstərib.

Memorandumda iki kitabxana arasında münasibətlərin genişləndirilməsi, daha da inkişaf etdirilməsi, elm, təhsil və ədəbiyyat sahəsində maraq doğuran informasiyaların mübadiləsi, hər iki ölkənin tanınmış tarixi şəxsiyyətlərinin, mədəniyyət-sənət nümayəndələrinin qarşılıqlı yubileylərinin, yaradıcılıq gecələrinin təşkili, xalqların zəngin tarixi, mədəniyyəti, adət və ənənələri mövzusunda beynəlxalq tədbirlərin, konfransların keçirilməsi, kitabxana-informasiya sahəsinin aktual problemləri, kitabxanaların avtomatlaşdırılması məsələləri ilə əlaqədar təcrübə mübadiləsi və əməkdaşlığın həyata keçirilməsi, virtual sərgilərin təşkili, birgə konfrans, seminar, təqdimat, sərgi və müzakirələrin reallaşdırılması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM