Suriya: İsrailin hücumlarına gec-tez cavab veriləcək!

Suriya: İsrailin hücumlarına gec-tez cavab veriləcək!
Yayınlanma tarixi: 11/2/2022 11:07:06 AM

"Təl-Əvivə xəbərdarlıq edirik ki, gec-tez bütün bu düşmənçiliklərə cavab veriləcək".

Suriyanın xarici işlər naziri Feysəl Miqdad sionist rejimin Dəməşqə qarşı hava hücumlarına lazımi vaxtda cavab veriləcəyini vurğulayıb.

İslamazeri.com xəbər verir ki, Miqdad deyib:

"Bu hücumlarla bağlı mövqeyimiz bəllidir. Təl-Əvivə xəbərdarlıq edirik ki, gec-tez bütün bu düşmənçiliklərə cavab veriləcək. 

Biz indi (İsraillə) qarşı-qarşıya gəlmək istəmirik və indi bizə lazım olan şey qarşıdurma və xarabalıqlarda qalmaq deyil, müdriklikdir".

2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri sionist İsrail qüvvələri fasilələrlə Suriyaya hava zərbələri endirir.

GÜNÜN MANŞETLERİ

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM
İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı
REGİON / RUSİYA

İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı

2/14/2026 10:14:11 PM