Suriya ABŞ-ın son hücumlarını pislədi

Suriya ABŞ-ın son hücumlarını pislədi
Yayınlanma tarixi: 3/27/2023 10:21:45 AM

Suriya Xarici İşlər Nazirliyi ABŞ-ı Suriyanın Deyr əz-Zor əyalətinin müxtəlif bölgələrində can və mal itkisinə səbəb olan hücumlar həyata keçirməkdə ittiham edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlamada, ABŞ-ın təşəbbüslərinin Suriyanın suverenliyini, birliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozduğuna diqqət çəkilib.

Bəyanatda bildirilib ki, ABŞ-ın cəhdləri ABŞ-ın “qeyri-qanuni” hərbi birləşmələri tərəfindən Suriyadan neft oğurlanmasının davam etdirilməsini gizlətmək, habelə ekstremist təşkilatların regionlarda insanlara qarşı törətdiyi cinayətləri genişləndirmək məqsədi daşıyır. 

Bəyanatda ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun dayandırılmasının zəruriliyi təkrarlanaraq, Vaşinqtondan Suriyadakı separatçı və terrorçu qüvvələrə dəstəyi dayandırmağı tələb edib.

Suriyanın bütün torpaqları üzərində suverenliyini bərpa edəcəyinə diqqət çəkilən bəyanatda, həmçinin ABŞ-ın düşmənçilik hərəkətləri pislənərək, digər ölkələri Suriyanın ərazi bütövlüyünün qorunmasında onunla həmrəy olmağa çağırıb.

GÜNÜN MANŞETLERİ

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
ÖLKƏ / MÜNASİBƏT

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

8/18/2026 2:15:08 PM
Sabah dörd şəhər və rayonda qaz olmayacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

8/18/2026 1:07:40 PM