Suraxanıda son iki ayda 189 nəfər saxlanılıb

Suraxanıda son iki ayda 189 nəfər saxlanılıb
Yayınlanma tarixi: 12/19/2022 12:12:07 PM

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 2 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, quldurluq cinayətləri törədən və üzərində odlu silah gəzdirən ümumilikdə 189 nəfər saxlanılıb.

Bu barədə "İslamazeri.com"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin şəxslərdən 149-u narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 75-i barəsində məhkəmə tərəfindən həbs, 74-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları oğurlayan, habelə yanacaqdoldurma məntəqəsində quldurluq əməli törədən, üzərində qanunsuz olaraq odlu silah saxlayan 8 nəfərdən ibarət 4 dəstə, ümumilikdə isə 40 nəfər saxlanılıb. Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 43 obyekti qarət etdikləri müəyyən edilib.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

 

GÜNÜN MANŞETLERİ

Qəzvində ABŞ-ın kəşfiyyat PUA-sı vurulub
REGİON / İRAN

Qəzvində ABŞ-ın kəşfiyyat PUA-sı vurulub

3/26/2026 4:41:54 PM
Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM
ABŞ İraqın silah tədarükünü əngəlləyir - SƏBƏB
DÜNYA / SİYASƏT

ABŞ İraqın silah tədarükünü əngəlləyir - SƏBƏB

3/26/2026 2:44:32 PM