Sudanda Türkiyə səfirliyinin binası boşaldılıb

Sudanda Türkiyə səfirliyinin binası boşaldılıb
Yayınlanma tarixi: 5/9/2023 4:19:37 PM

Sudanda Türkiyə səfirliyinin binası boşaldılıb.

İslamazeri.com xəbər verir ki, Sudanda qarşıdurmaların ortasında olan Türkiyə səfirliyinin binası 9 may səhər saatlarında həyata keçirilən əməliyyatla boşaldıldı, işçilər səfirliyin iqamətgahına aparıldı.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada sözügedən mövzu ilə bağlı açıqlama verib: “Sudan Suverenlik Şurasının sədri, ordu komandanı general Əbdülfəttah əl-Burhanın dəstəyi ilə səfirliyimizin əməkdaşlarını və mühafizəçiləri binadan uzaqlaşdırdıq. Çünki münaqişələr əsasən bu küçədə baş verir. Allah heç bir ölkəni bu vəziyyətə salmasın. Liviyada balansı dəyişməsəydik, Tripoli küçələri bu gün də belə olardı. Biz bu müharibəni də dayandırmaq üçün səy göstəririk”.

GÜNÜN MANŞETLERİ

İran İsrailə hipersəs raket hücumu həyata keçirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailə hipersəs raket hücumu həyata keçirib

3/12/2026 6:13:18 PM
Rusiya İrana humanitar yardım göndərəcək
REGİON / RUSİYA

Rusiya İrana humanitar yardım göndərəcək

3/12/2026 4:00:41 PM
İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub

3/12/2026 3:10:01 PM