Sudanda hökumətin buraxıldığı elan olundu

Sudanda hökumətin buraxıldığı elan olundu
Yayınlanma tarixi: 10/25/2021 4:42:57 PM

Suveren Şuranın sədri general Əbdülfəttah əl Burxan xalqa müraciət edib.

Sudanda hazırkı ali idarəçilik qurumu olan Suveren Şuranın sədri general Əbdülfəttah əl Burxan həm bu qurumun, həm də hökumətin buraxıldığını elan edib.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, xalqa müraciət edən şura sədri həm də 2019-cu ildə üç illik keçid dövrü üçün hərbçilər və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən imzalanmış Konstitusiya Bəyannaməsinin bir sıra müddəalarının dondurulduğunu, 2023-cü ildə keçiriləcək ümumi seçkilərədək gənclərdən ibarət müstəqil hökumətin fəaliyyət göstərəcəyini bildirib.

Bununla yanaşı, ölkədə fövqəladə vəziyyət elan edilib, bir sıra əyalətlərin qubernatorları istefaya göndərilib.

GÜNÜN MANŞETLERİ

Rubio: Tramp Ayətullah Xameneilə görüşə hazırdır
DÜNYA / SİYASƏT

Rubio: Tramp Ayətullah Xameneilə görüşə hazırdır

2/15/2026 12:00:01 AM
Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM