Atəşkəs rejiminə baxmayaraq, bəzi bölgələrdə qarşıdurmalar davam edir.
İslamazeri.com-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı və Amerika Birləşmiş Ştatlarının (ABŞ) vasitəçiliyi ilə aparılan danışıqlar nəticə verib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Sudan ordusu ilə xüsusi təyinatlılar (Çevik Reaksiya Qüvvələri) arasında imzalanan atəşkəs razılaşması yerli vaxtla saat 21:45-də qüvvəyə minib.
Tərəflər atəşkəsdən bir neçə saat əvvəl paytaxt Xartumun müxtəlif rayonlarında ağır və yüngül silahlarla toqquşub.
Atəşkəs rejiminə baxmayaraq, bəzi bölgələrdə qarşıdurmalar davam edir.
Sudan Həkimlər Birliyi aprelin 15-də tərəflər arasında başlayan qarşıdurmalarda 863 mülki şəxsin öldüyünü, 3531 nəfərin isə yaralandığını açıqlayıb.
Ordunun bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi davrandığı üçün təhdid kimi qiymətləndirdiyi xüsusi təyinatlıların 2 il ərzində orduya tam inteqrasiyasını tələb etməsi, onların bunu qəbul edə biləcəyini açıqlaması ilə başlayan söz dueli və artan gərginlik aprelin 15-də səhər saatlarında paytaxt Xartumda və müxtəlif şəhərlərdə tərəflər arasında silahlı qarşıdurmaya çevrildi.
Xüsusi təyinatlılar 2019-cu ildə dövlət çevrilişi nəticəsində devrilmiş prezident Ömər əl-Bəşirin dövründə üsyançılara qarşı mübarizə, sərhədləri qorumaq və Darfurda asayişi qorumaq üçün milis strukturu olaraq yaradılıb.
2013-cü ildə Təhlükəsizlik və Kəşfiyyat Təşkilatına bağlı olan və sonradan daha müstəqil olan xüsusi təyinatlıların on minlərlə üzvü var.