Son sutkada Azərbaycanda 81 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda 81 nəfər koronavirusa yoluxub
Yayınlanma tarixi: 16.12.2022 16:45:06

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 81 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 825 231 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 749 nəfər müalicə olunaraq sağalıb, hazırda 493 aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 475, bu günə qədər isə ümumilikdə 7 403 301 test icra olunub.

GÜNÜN MANŞETLERİ