"Şeyx Nimrin edamı Səudiyyənin zalım simasını dünyaya göstərdi"

Yayınlanma tarixi: 12/9/2022 12:57:03 PM

Səudiyyəli fəal Məhəmməd əl-Qətifi Şeyx Baqir ən-Nimrin edamının yeddinci ildönümü ərəfəsində Twitter-də paylaşım edib.

İslamazeri.com xəbər verir ki, o paylaşımında belə qeyd edib:

"Şeyx Baqir ən-Nimrin edamı səudiyyəlilərin zalım, qatil, terrorçu və təkfirçi simasını dünyaya göstərdi. 

Səud rejimi Şeyx Nimri edam etməklə Səudiyyə xalqına: “Kim bizi tənqid etsə, qanını tökəcəyik, ya Səudiyyə Ərəbistanında qul kimi yaşayacaqsan, ya da qoyun kimi başın kəsiləcək” mesajını verdi".

Məlumat üçün qeyd edək ki, Şeyx ən-Nimr Səudiyyə Ərəbistanından olan bir alim idi. Bu ölkədəki etirazlardan sonra o, həbs edilərək “qılıncla edam və açıq çarmıxa çəkilmə” cəzasına məhkum edilib və 2016-cı il yanvarın 2-də edam edilib.

Şeyx Nimrin edam edilməsi regionda və müstəqil beynəlxalq təşkilatlarda geniş mənfi reaksiyalara səbəb olub.

GÜNÜN MANŞETLERİ

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
DÜNYA / SİYASƏT

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb

2/14/2026 11:14:01 AM
Yol polisi sürücülərə xəbərdarlıq edib
ÖLKƏ / MÜXTƏLİF

Yol polisi sürücülərə xəbərdarlıq edib

2/14/2026 10:34:50 AM