Səudiyyə Yəmənə hücum etdi: YENİ MÜHARİBƏ BAŞLAYIR?

Səudiyyə Yəmənə hücum etdi: YENİ MÜHARİBƏ BAŞLAYIR?
Yayınlanma tarixi: 7/13/2026 7:00:01 PM

Səudiyyə Ərəbistanı Yəmənin Səna Hava Limanını bombalayıb

İslamazeri.com xəbər verir ki, bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.

Telekanalın verdiyi məlumatında deyilir:

" Sənada yerləşən beynəlxalq hava limanına edilən təcavüz Səudiyyə düşməni ilə qarşıdurma xəttində yeni bir dönüş nöqtəsidir. Bu, BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə əldə olunmuş atəşkəsin ilk rəsmi pozuntusu hesab olunur.

Səudiyyə Ərəbistanının təcavüzkar hava hücumları, göyərtəsində yüzlərlə yaralı, köməksiz qalmış şəxs və rəsmi nümayəndə heyətinin olduğu İran mülki təyyarəsinin enişini əngəlləmək məqsədi daşıyır. Sözügedən heyət İslam İnqilabının lideri Şəhid Seyid Əli Xameneinin rəsmi dəfn mərasimində iştirak etdikdən sonra İran İslam Respublikasından geri qayıdırdı. 

Bu hücum atəşkəsin aşkar şəkildə pozulması və Səudiyyə Ərəbistanının Yəmən bataqlığından çıxmaq istəməyərək inadkarlığını davam etdirməsinin göstəricisidir. Hadisə həmçinin Yəməndə təcavüzə, blokadaya və işğala son qoyulmasını tələb edən genişmiqyaslı xalq səfərbərliyi fonunda baş verib. Bu da onu sübut edir ki, Ər-Riyad öz təcavüzkar siyasətini yürüdür və Yəməndəki müharibəni bitirmək üçün real addımlar atmağa meyil göstərmir.

Səudiyyə Ərəbistanı bugünkü hücumu ilə iki mesaj verir: birincisi Yəmənə – sülh istəmədiyini nümayiş etdirir; ikincisi isə İran mülki təyyarələrini təhdid etməklə reallaşır. Bu isə o deməkdir ki, Səudiyyə tərəfi həm Yəmən, həm də İranla birbaşa qarşıdurmanı seçib və bu, onun üçün həm hesablaşma, həm də cəza bədəlini qat-qat artıracaq."

Yəmənin Siyasi Şuranın üzvü Məhəmməd Əli əl-Husi Səna hava limanına edilən ABŞ-Səudiyyə təcavüzünün bütün saziş və qanunların kobud şəkildə pozulması olduğunu bildirərək fəsadlara görə ABŞ və onun aləti olan Səudiyyə Ərəbistanının tam məsuliyyət daşıdığını bəyan edib.

Rəsmi hesablarında paylaşdığı qısa açıqlamada əl-Husi deyib: "Gərginliyin azaldılması dövründən sonra mülki obyektləri (Səna hava limanını) hava bombardmanına tutaraq eskalasiya yaratdıqları üçün təcavüz və blokadanın məsuliyyətini Amerikanın və onun Səudiyyəli vəkilinin üzərinə qoyuruq".

Əl-Husi bu təcavüzü "humanitar hüququn birbaşa pozulması və Yəmən xalqını blokada və aclığa məhkum etməklə gündəlik müharibə cinayətlərinin davam etdirilməsi" kimi qiymətləndirib.

Xəbərdarlıq mesajında əl-Husi digər bir paylaşımında deyib: "Səbrin də bir həddi var". Bu, çəkindirmə qüvvəsini bərpa etməyə qadir olan Yəmən cavabına açıq bir işarədir."

Bu kontekstdə Nəqliyyat, İctimai İşlər və Yollar naziri general-leytenant Məhəmməd Əyyaş Quhim vurğulayıb ki, Yəmən xalqı davam edən təcavüz və blokada qarşısında əl-qolunu bağlayıb oturmayacaq.

Nazir Quhim "Əl-Məsirə" telekanalına verdiyi açıqlamada bildirib: "Bu gün real düşmən bəllidir. Onlar yol xəritəsini icra etməlidirlər, əks təqdirdə hərbi variantlarımız tam hazırdır".

O əlavə edib: "Riyad hotellərində oturan və Xüsusi Komitə tərəfindən idarə olunan bir qrup xainin maraqları naminə bombalanmağa və blokadada qalmağa daha səbr etməyəcəyik. Səudiyyə Ərəbistanına deyirik: Bizim rəqibimiz sizsiniz və bu təcavüzün cavabı Riyad hava limanında veriləcək". Nazir həmçinin vurğulayıb ki, Yəmən ilə İran arasında hava reyslərinin bərpası Sənanın əsla geri addım atmayacağı humanitar və milli bir haqdır; bu uçuşlar həm iki tərəf arasında, həm də dünyanın digər istiqamətlərinə doğru davam edəcək.

Yəmən Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Abdullah Əli Səbri qeyd edib ki, Səudiyyə rejimi Yəmənə qarşı bu böyük təcavüzə başlamaqla "gərginliyin azaldılması" mərhələsinin bitdiyini rəsmən elan edib. O, bu addımı vəziyyəti 2022-ci ildən əvvəlki dövrə qaytaran və hərbi ssenariləri yenidən ön plana çıxaran bir "axmaqlıq" adlandırıb.

Səbri izah edib ki, Səudiyyə Ərəbistanının Yəmənə qarşı bir kompleksi var; çünki o, əlli ildən artıq bir müddətdə Yəməndəki keçmiş rejimlərin Səudiyyə müdaxilələrini qəbul etməsinə adət etmişdi. Lakin 21 Sentyabr İnqilabı suverenliyin ucaldılması və xarici himayədarlığa son qoyulması ilə yeni bir dövrün əsasını qoydu.

O bildirib: "Səudiyyə öz təcavüzü ilə müdaxilə edərək Yəməni yenidən öz itaət altına qaytarmağa çalışır, lakin rüsvayçı şəkildə uğursuzluğa düçar olub. O, yeni reallığı, regional və beynəlxalq dəyişiklikləri qəbul etmək istəmir. Yəmən artıq regional aktora və elə bir qüdrətli qüvvəyə çevrilib ki, dünya onun mövqeyini təkcə özünü müdafiə müstəvisində deyil, həm də 'Meydanların Birliyi' çərçivəsində Qəzza və Fələstinə verilən dəstək fonunda izləyir".

GÜNÜN MANŞETLERİ