Səudiyyə Ərəbistanının Yəmənə hücumu davam edir

Səudiyyə Ərəbistanının Yəmənə hücumu davam edir
Yayınlanma tarixi: 4.03.2023 13:12:05

Səudiyyə Ərəbistanının Yəmənə hücumları davam edir.

Səudiyyə Ərəbistanının son 2 ayda Yəmənin Saada əyalətinin sərhədindəki Şada qəsəbəsinə həyata keçirdiyi hərbi hücumlarda ölən və yaralananların ümumi sayının 149 nəfər olduğu bildirilib.

İslamazeri.com xəbər verir ki, Əl-Məsirə telekanalının məlumatına görə, Razeh xəstəxanasının rəhbəri Abdullah Məsrə son 2 ayda Səudiyyə Ərəbistanı ordusunun Yəmənin Səada əyalətinin sərhəd bölgəsi Şada şəhərinə hücumları nəticəsində ölən və yaralananların ümumi sayının 149 nəfər olduğunu açıqlayıb.

Son aylarda Yəmənin sərhəd bölgələrinə, xüsusilə də Səada vilayətinə qarşı hava hücumlarını gücləndirən Səudiyyə Ərəbistanı, demək olar ki, hər gün bu bölgələri hədəfə alır.

Aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs 2 oktyabr 2022-ci ildə başa çatıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir.

BMT-nin məlumatına görə, Yəməndə tüğyan edən müharibə birbaşa və ya dolayısı ilə yüz minlərlə insanın ölümünə səbəb olub və dünyanın ən pis humanitar böhranını yaradıb.

GÜNÜN MANŞETLERİ