"Səudiyyə Ərəbistanının təhdidlərindən qorxmayın"

Yayınlanma tarixi: 10/30/2021 1:58:37 PM

Bu sözləri Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam deyib.

İslamazeri.com-un "Eastnews.org"-a istinadən verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam Livan ilə bağlı açıqlama verib. O, verdiyi açıqlamada vurğulayıb ki, Səudiyyə Ərəbistanının təzyiq xarakterli siyasəti Yəmən müharibəsindəki məğlubiyyətini gizlədə bilməz. "Səudiyyə Ərəbistanının təhdidlərindən qorxmayın. Çünki Yəmən Allahın izni ilə Aslana çevrildi", - deyə Məhəmməd Əbdüssəlam diqqətə çatdırıb. Mətbuat katibi qeyd edib ki, Yəmən xalqı Livan ilə həmrəydir və Səudiyyə Ərəbistanının təhdidlərinə qəti şəkildə etiraz edir.

GÜNÜN MANŞETLERİ

Rubio: Tramp Ayətullah Xameneilə görüşə hazırdır
DÜNYA / SİYASƏT

Rubio: Tramp Ayətullah Xameneilə görüşə hazırdır

2/15/2026 12:00:01 AM
Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM