Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi daha çox adama ibadət imkanı vermək üçün Ramazan ayında Ümrə ziyarətinin bir dəfə edilə biləcəyini açıqlayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verilir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi daha çox adama ibadət imkanı vermək üçün Ramazan ayında Ümrə ziyarətinin bir dəfə edilə biləcəyini açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada bildirilir: "Hər kəsin müqəddəs Ramazan ayında bir dəfə Ümrə ziyarəti etmək haqqı var. Təkrarlanmasına icazə verilməyəcək. Bu tətbiq digər insanların dinclik və rahatlıq içində ibadət etmələrinə böyük töhfə verəcək.
Ümrə tarixlərini dəyişdirmək imkanı yoxdur, ancaq Səudiyyə Ərəbistanı tərəfindən zəvvar namizədləri və Ümrə ziyarətçilərinin işini asanlaşdırmaq üçün "Nusuk" tətbiqi var ki, qeyd olunan müddətdə Ümrə ziyarəti edə bilməyənlər üçün vaxtlar yenilənə, rezervasiya edilə bilmədikdə daha sonra yenidən zəng edilə bilir”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı zəvvar namizədləri və Ümrə ziyarətçiləri üçün nəzərdə tutulan “Nusuk” tətbiqi ilə Türkiyə türkcəsində də zəvvar namizədlər və ümrəçilərə bələdçilik xidməti göstərir.