Səudiyyə Ərəbistanından Yəmənə artilleriya hücumu

Səudiyyə Ərəbistanından Yəmənə artilleriya hücumu
Yayınlanma tarixi: 1/18/2023 12:07:40 PM

Səudiyyə Ərəbistanı ordusunun Yəmənin şimalında sərhəddə yerləşən Şada qəsəbəsinə təşkil etdiyi artilleriya hücumu nəticəsində 1 nəfər ölüb, 2 mülki şəxs yaralanıb.

İslamazeri.com xəbər verir ki, Yəmənin şimal bölgələri son günlər Səudiyyə Ərəbistanının ağır artilleriya hücumuna məruz qalıb.

“Əl Məsirə” telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanı ordusu ötən gün artilleriya zərbələri ilə Saada vilayətinin sərhəddəki Şada qəsəbəsini hədəfə alıb.

Hücum nəticəsində bir mülki vətəndaş həyatını itirib, 2 yaralı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs oktyabrın 2-də başa çatıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir.

GÜNÜN MANŞETLERİ

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM
İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı
REGİON / RUSİYA

İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı

2/14/2026 10:14:11 PM