Səudiyyə Ərəbistanı İsraillə normallaşma üçün 3 şərt irəli sürüb

Səudiyyə Ərəbistanı İsraillə normallaşma üçün 3 şərt irəli sürüb
Yayınlanma tarixi: 8.12.2022 11:59:24

İsrail mediası Səudiyyə Ərəbistanının bu rejimlə münasibətləri normallaşdırmaq üçün üç şərt irəli sürdüyünü elan edib.

İslamazeri.com xəbər verir ki, dünən İsrail mətbuatında çıxan xəbərlərə görə, Səudiyyə krallığı İsraillə münasibətləri normallaşdıran növbəti ərəb dövləti olmaq istəyir.

Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Əbdül əl-Cubeyr Amerikanın yüksək səviyyəli yəhudi liderlərinə "normallaşma bir qədər vaxt aparacaq, lakin bu, sonda baş verəcək", - deyə bildirib.

Vəliəhd şahzadə və faktiki kral olan baş nazir Məhəmməd bin Salman da Ər-Riyadda səfərdə olan ABŞ nümayəndə heyətinə müqaviləyə qoşulmaq üçün Vaşinqtondan 3 əsas tələbləri olduğunu bildirib.

Məlumata görə, Məhəmməd bin Salman 3 əsas tələbi belə sıralayıb:

1. Rəsmiləşmiş ABŞ-Səudiyyə ittifaqı

2. NATO ittifaqında olmaqla bərabər, ABŞ-dan silah tədarükü

3. Səudiyyə Ərəbistanının kiçik miqyaslı mülki nüvə enerjisi proqramının təsdiqi

Qeyd edək ki, Səudiyyənin tələblərinə İsrail ordusu tərəfindən işğal olunmuş İordan çayının qərb sahilindəki İordaniya vadisinin İsrail tərəfindən ilhaqını istisna edən və İsrail-Fələstin münaqişəsinin həlli zərurətindən bəhs edən İbrahim razılaşmaları ilə hədəf alınan fələstinlilərlə bağlı heç bir şey daxil edilməyib.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43