Səudiyyə Ərəbistanı 9 ildən sonra Liviyadakı səfirliyini yenidən açıb

Səudiyyə Ərəbistanı 9 ildən sonra Liviyadakı səfirliyini yenidən açıb
Yayınlanma tarixi: 5/16/2023 4:50:05 PM

Səudiyyə Ərəbistanı 9 ildən sonra Liviyadakı səfirliyini yenidən açıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndə heyəti bu ölkənin Tripolidəki səfirliyinin 9 illik fasilədən sonra yenidən açılması üçün lazımi hazırlıqları görmək üçün Liviyanın paytaxtına gedib.

İslamazeri.com xəbər verir ki, Liviya Milli Birlik Hökumətinin Xarici İşlər Nazirliyinin bəyanatında aşağıdakı ifadələr yer alıb:

"Xarici İşlər Nazirliyinin İnzibati və Maliyyə Məsələləri İdarəsinin rəisi Rəşid Əbu Qufa və Ərəb İşləri İdarəsinin rəisi Xəlifə əl-Qayədi, Mitiqa Beynəlxalq Hava Limanında Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ərəb və Afrika ölkələri üzrə baş direktor müavini Abdullah Bin Fəhad əl-Şəmmarinin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı nümayəndə heyətini qarşılayıb.

Səudiyyə nümayəndə heyətinin bu səfəri Ər-Riyadın Tripolidəki səfirliyinin yenidən açılması üçün lazımi hazırlıqların görülməsi məqsədilə edilib”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hakimiyyəti 2014-cü ildə ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Ər-Riyadın Tripolidəki səfirliyini bağlamaq qərarına gəlib.

GÜNÜN MANŞETLERİ

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
ÖLKƏ / MÜNASİBƏT

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

8/18/2026 2:15:08 PM
Sabah dörd şəhər və rayonda qaz olmayacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

8/18/2026 1:07:40 PM