Səudiyyə koalisiyası Yəmən yanacağı daşıyan 2 gəmini ələ keçirib

Səudiyyə koalisiyası Yəmən yanacağı daşıyan 2 gəmini ələ keçirib
Yayınlanma tarixi: 11/11/2022 11:53:54 AM

Yəmənin Dəniz Milli Neft Şirkəti bu ölkəyə məxsus yanacaq daşıyan iki gəminin təcavüzkar Səudiyyə koalisiyası tərəfindən ələ keçirildiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Yəmənin Milli Neft Korporasiyası cümə axşamı gecəsi Səudiyyənin hücum koalisiyasının Yəmən xalqı üçün yanacaq daşıyan "Fos Energy" və "Princess Halima" adlı iki gəmini ələ keçirdiyini açıqlayıb.

Yəmən Milli Neft Şirkətinin açıqlamasına görə, bu 2 gəmi əvvəllər beynəlxalq yoxlamadan keçib.

Son 7 ildə Yəmən təcavüzkar Səudiyyə koalisiyasının çoxşaxəli mühasirəsinə görə ciddi yanacaq, ərzaq və tibbi avadanlıq çatışmazlığı ilə üzləşib.

Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir çox digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə hərbi hücumlar təşkil edərək, ölkəni qurudan, dənizdən və havadan blokadaya alıb.

GÜNÜN MANŞETLERİ

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: ABŞ İranla müharibəyə hazırlaşır

2/14/2026 11:08:01 PM
İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı
REGİON / RUSİYA

İnquşetiyada Ramazan ayına görə iş vaxtı azaldıldı

2/14/2026 10:14:11 PM