Şəmxani: Əgər ABŞ bunu istəyirsə, dərhal razılığa gəlinə bilər

Şəmxani: Əgər ABŞ bunu istəyirsə, dərhal razılığa gəlinə bilər
Yayınlanma tarixi: 2/26/2026 5:28:43 PM

İran Müdafiə Şurasının katibi Əli Şəmxani Cenevrədə keçirilən dolayı İran-ABŞ danışıqları ilə bağlı mühüm açıqlamalar verib.

İslamazeri.com xəbər verir ki, Şəmxani sosial media paylaşımında bildirib ki, "Əgər danışıqların əsas mövzusu İranın nüvə silahı istehsal etməməsidirsə, bu, Ayətullah Xameneinin fətvasına və ölkənin müdafiə doktrinasına uyğundur və dərhal razılığa gəlinə bilər".

Şəmxani həmçinin vurğulayıb ki, İran danışıqlar qrupunun rəhbəri Abbas Əraqçiyə Amerika tərəfi ilə razılaşma danışıqları aparmaq üçün tam səlahiyyət verilib.

İran rəsmiləri dəfələrlə Tehranın nüvə silahına sahib olmaq niyyətində olmadığını bildiriblər.

2005-ci ildə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei nüvə silahının istehsalını, saxlanmasını və istifadəsini qadağan edən fətva verib.

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM