Sel və daşqınlar Məkkədə ciddi ziyanlara səbəb olub

Sel və daşqınlar Məkkədə ciddi ziyanlara səbəb olub
Yayınlanma tarixi: 12/24/2022 12:49:31 PM

Kəbənin yerləşdiyi Məscidül-Həramda güclü yağışdan asılı olmayaraq yüzlərlə müsəlman Kəbəni dualarla təvaf edib.

Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları daşqınlara səbəb olub.

İslamazeri.com xəbər verir ki, Kəbənin yerləşdiyi Məscidül-Həramda güclü yağışdan asılı olmayaraq yüzlərlə müsəlman Kəbəni dualarla təvaf edib.

Məscidül-Həram İşləri Baş İdarəsindən verilən açıqlamada, şiddətli yağış səbəbiylə meydana gələ biləcək mənfi təsirlərə qarşı tədbirlərin artırıldığı, suyun axıdılması üçün 200-dən çox müfəttiş və 4 min işçinin işə götürüldüyü və 500-dən çox texnika hazırlandığı bildirilib.

Məkkə əmirinin verdiyi açıqlamada, yağışların Ciddədə Əl-Harameyn yolu başda olmaqla bir çox yolun və bəzi tunellərin bağlanmasına səbəb olduğu və ehtiyat tədbiri olaraq Məkkə-Ciddə yolunun bağlandığı açıqlanıb.

Ciddə Kral Əbdüləziz Hava Limanından verilən açıqlamada, əlverişsiz hava şəraiti səbəbindən bəzi uçuşların təxirə salındığı bildirilib.

GÜNÜN MANŞETLERİ

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
DÜNYA / SİYASƏT

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb

2/14/2026 11:14:01 AM
Yol polisi sürücülərə xəbərdarlıq edib
ÖLKƏ / MÜXTƏLİF

Yol polisi sürücülərə xəbərdarlıq edib

2/14/2026 10:34:50 AM