​​​​​​​Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib

​​​​​​​Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib
Yayınlanma tarixi: 3/13/2023 11:08:31 AM

Nazirlər Kabineti bununla bağlı “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nda dəyişiklik edib.

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib.

İslamazeri.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nda dəyişiklik edib.

İndiyə qədər təbii fəlakət, qəza və digər fövqəladə hallar baş verdikdə və bu zaman qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil edib.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu sahədə səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.

GÜNÜN MANŞETLERİ

Ayətullah Xamenei: Bunu qadağan edirəm!
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Xamenei: Bunu qadağan edirəm!

1/17/2026 5:39:57 PM
Sabah Bakıya sulu qar yağacaq
ÖLKƏ

Sabah Bakıya sulu qar yağacaq

1/17/2026 1:10:01 PM
İslamda qonşuluq haqqı
DİN

İslamda qonşuluq haqqı

1/17/2026 11:21:15 AM