Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Yayınlanma tarixi: 11/5/2021 5:08:45 PM

Noyabrın 10-u saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Təhsil Nazirliyindən “İslamazeri.com”a verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.

GÜNÜN MANŞETLERİ

Sabah 33 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 33 dərəcə isti olacaq

6/10/2026 2:29:59 PM
İsrail ordusu Qəzzaya yeni hücum planlarını təsdiqləyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusu Qəzzaya yeni hücum planlarını təsdiqləyib

6/10/2026 12:00:01 PM