Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Yayınlanma tarixi: 3/23/2023 1:18:27 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasında martın 24-də havanın dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntıl olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

GÜNÜN MANŞETLERİ

11 müsəlman ölkəsi Bəhreyndə ABŞ ilə görüşdü
DÜNYA / SİYASƏT

11 müsəlman ölkəsi Bəhreyndə ABŞ ilə görüşdü

7/2/2026 2:23:16 PM
SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/2/2026 2:00:17 PM