Sabah yağış yağacaq - PROQNOZ

Sabah yağış yağacaq - PROQNOZ
Yayınlanma tarixi: 2/5/2026 12:30:01 PM

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

GÜNÜN MANŞETLERİ

Rusiya: İran bizim yaxın ortağımızdır
REGİON / RUSİYA

Rusiya: İran bizim yaxın ortağımızdır

2/5/2026 3:15:01 PM
İran XİN-dən ABŞ-la müzakirəyə dair AÇIQLAMA
REGİON / İRAN

İran XİN-dən ABŞ-la müzakirəyə dair AÇIQLAMA

2/5/2026 1:34:09 PM
İsrail daha 24 fələstinlini qətlə yetirdi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail daha 24 fələstinlini qətlə yetirdi

2/5/2026 12:13:32 PM