Sabah iki rayonun qaz təchizatında fasilə yaranacaq

Sabah iki rayonun qaz təchizatında fasilə yaranacaq
Yayınlanma tarixi: 11/22/2022 1:29:57 PM

Sabah Siyəzən və Xızı rayonlarının kiçik bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "İslamazeri.com"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumata verilib.

Bildirilir ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Yaşma-Siyəzən” Magistral Qaz Kəmərində (MQK) görüləcək təmir işləri ilə əlaqədar, noyabrın 23-də saat 10:00-dan 17:00-dək "Yaşma-Siyəzən" MQK-dən qidalanan "Giləzi" QPS-dən və digər ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Siyəzən rayonunun Candahar, Qara Siyəzən və Zarat kəndlərinin, Xızı rayonunun Giləzi və Şorabad qəsəbələrinin, Hərbi şəhərcik yaşayış massivinin, Məşədi Həsən, Sitalçay və Yeni Yaşma kəndlərinin, eləcə də Magistral Qaz Kəmərindən qidalanan qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

GÜNÜN MANŞETLERİ

Zühur üçün oxunan FƏRƏC DUASI
DİN

Zühur üçün oxunan FƏRƏC DUASI

1/19/2026 12:10:01 PM
Qəzzada daha bir körpə soyuqdan ölüb
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada daha bir körpə soyuqdan ölüb

1/19/2026 10:45:17 AM