Sabah hava yağmursuz olacaq - PROQNOZ

Sabah hava yağmursuz olacaq - PROQNOZ
Yayınlanma tarixi: 12/15/2022 12:28:53 PM

Dekabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

GÜNÜN MANŞETLERİ

Ayətullah Xamenei: Bunu qadağan edirəm!
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Xamenei: Bunu qadağan edirəm!

1/17/2026 5:39:57 PM
Sabah Bakıya sulu qar yağacaq
ÖLKƏ

Sabah Bakıya sulu qar yağacaq

1/17/2026 1:10:01 PM
İslamda qonşuluq haqqı
DİN

İslamda qonşuluq haqqı

1/17/2026 11:21:15 AM