Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Yayınlanma tarixi: 12/21/2022 1:15:46 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a bildirilib ki, sabah cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

GÜNÜN MANŞETLERİ

İran raketi Təl-Əvivin mərkəzini vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketi Təl-Əvivin mərkəzini vurdu

3/24/2026 4:18:33 PM
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib

3/24/2026 2:38:29 PM
ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib

3/24/2026 1:29:17 PM