Sabah bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK

Sabah bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK
Yayınlanma tarixi: 5/7/2026 1:30:01 PM

Sabah bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK.

Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

GÜNÜN MANŞETLERİ