Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Yayınlanma tarixi: 1/19/2026 1:13:57 PM

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sabah "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi "20 Yanvar", eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

GÜNÜN MANŞETLERİ

Obamadan Trampa CAVAB
DÜNYA / MARAQLI

Obamadan Trampa CAVAB

2/16/2026 12:20:01 PM
Sabah 73 mindən çox abonentin qazı kəsiləcək
ÖLKƏ / HADİSƏ

Sabah 73 mindən çox abonentin qazı kəsiləcək

2/16/2026 12:02:54 PM