Saatlıda qanunsuz dovşan ovlayan şəxslər saxlanılıb

Saatlıda qanunsuz dovşan ovlayan şəxslər saxlanılıb
Yayınlanma tarixi: 12/26/2022 10:05:21 AM

Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Orta Muğan kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri – Pərviz Astanov, Emin Əliyev və Əhliman Əliyev olduqları müəyyən edilib.

Həmin şəxslərdən 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 11 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

GÜNÜN MANŞETLERİ

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib
ÖLKƏ / HƏRBİ

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

7/10/2026 10:38:30 AM
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
ÖLKƏ / İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

7/10/2026 10:20:01 AM